Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri görüşüb

Bağdad Amreyev,  Hissein Brahim Taha

© APA | Bağdad Amreyev,  Hissein Brahim Taha

# 18 yanvar 2022 15:35 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Taha ilə görüşüb.
APA-nın TDT-nin saytına istinadən verdiyi xəbərə görə, görüş yanvarın 17 -də Ciddədə baş tutub.
Hüseyn Brahim Taha və Bağdad Amreyev öz təşkilatlarının cari gündəliyi barədə fikir mübadiləsi aparıblar və qeyd ediblər ki, bütün üzvləri eyni zamanda İƏT-in üzvü olan TDT və İƏT İslam dünyasında sülhün, sabitliyin və inkişafın möhkəmləndirilməsi məqsədilə geniş tərəfdaşlıq edə bilərlər.
Hər iki qurumun həm Avrasiya qitəsində, həm də İslam dünyasında, xüsusən də Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda genişmiqyaslı əməkdaşlığı təşviq edə və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə birgə xidmət edə biləcəyi vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq və regional məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR