Türkiyə 4 il sonra İsrailə səfir təyin edib

Türkiyə 4 il sonra İsrailə səfir təyin edib
# 06 oktyabr 2022 15:13 (UTC +04:00)

Türkiyə İsrailə yeni səfir təyin edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı ilə Şakir Özkan Torunlar bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş Konsulu və Fələstinin səfiri vəzifələrində çalışıb.

Xatırladak ki, bundan əvvəl, İsrail Ankaradakı sabiq müvəqqəti işlər vəkili İrit Lillianı Türkiyədə səfir vəzifəsinə təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR