Türkiyə dünya çempionatı çərçivəsində Qətərə hərbi kontingent göndərəcək

Türkiyə dünya çempionatı çərçivəsində Qətərə hərbi kontingent göndərəcək
# 05 oktyabr 2022 18:40 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingenti 2022 FIFA Dünya Kuboku çərçivəsində Qətərə göndəriləcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul olunub.

Qeyd edək ki, TSQ-nin bu əməliyyatı “Dünya Kuboku Qalxanı” adlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR