Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəlinib

Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəlinib
# 24 mart 2023 18:39 (UTC +04:00)

Ermənistan və Türkiyə 2023-cü ilin turizm mövsümünün əvvəlinə qədər üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması barədə razılığa gəlib.

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib və əlavə edib ki, İrəvan bu istiqamətdə fəal işləyir.

Hökumətin planının icrasının gedişi və nəticələri barədə hesabatı təqdim edən nazir bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi 2022-ci ildə də davam edib.

Mirzoyan xatırladıb ki, fevralın 15-də zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı vermək üçün Türkiyəyə işgüzar səfərə gedib.

“Biz Türkiyənin xarici işlər naziri ilə builki turizm mövsümünün açılışına qədər üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədini açmağa hazır olduğumuzu bir daha təsdiqləmişik”, - Mirzoyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR