Türkiyə hərbçiləri 13 terrorçunu məhv edib

Türkiyə hərbçiləri 13 terrorçunu məhv edib
# 16 avqust 2022 15:28 (UTC +04:00)

Terrorçular Suriya ərazisindən Türkiyənin Birecik/Şanlıurfa sərhəd istiqamətində atəş açıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin çavuşu Uğurcan Cirnooğlu şəhid olub, 4 hərbçi yaralanıb.

Terrorçuların mövqeləri müəyyən edilərək, onlara dəqiq zərbələr endirilib.

İlkin məlumata əsasən görə bölgədə 13 terrorçu zərərsizləşdirilib, əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR