Türkiyə İranın qaz ixracını artırmasını istəyir

Türkiyə İranın qaz ixracını artırmasını istəyir
# 15 may 2022 18:12 (UTC +04:00)

Türkiyə və İraq İrandan qaz ixracının həcminin artırılmasını istəyir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Milli Qaz Şirkətinin baş direktoru Məcid Çəngi deyib.

O bildirib ki, Türkiyə və İraqla qaz ixracatına dair müqavilənin müddətinin uzadılması barədə müzakirələr davam etdirilir: "Hər iki ölkə İrandan qaz ixracının həcmini artırmaq üçün müraciət edib. Mövcud imkanlara uyğun olaraq ixracat həcmini artırmağa çalışacağıq".

O qeyd edib ki, hazırda bu məsələni müzakirə etmək üçün işçi qrupu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR