Türkiyənin müdafiə naziri NATO müttəfiqlərinə xəbərdarlıq edib

Türkiyənin müdafiə naziri NATO müttəfiqlərinə xəbərdarlıq edib
# 01 dekabr 2022 17:11 (UTC +04:00)

Türkiyə NATO müttəfiqlərinə xəbərdarlıq edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, müttəfiq ölkələri terrorçulara onların terrorçu olduqları bəlli olmasın deyə öz bayraq və uniformalarını verir.

Bundan əlavə, nazir müttəfiqləri olduqları bölgələrdən terrorçuları uzaqlaşdırmağa və onlarla bütün əlaqələri kəsməyə çağırıb.

Akar ABŞ-ın Türkiyənin Suriyanın şimalında həyata keçirə biləcəyi quru əməliyyatını yenidən nəzərdən keçirməyə çağırdığını deyib.

“Həssaslığımızı izah etdik, verilən vədlərin tutulmasını istədik", - o ABŞ-ın müraciətinə cavab verdiklərini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR