Türkiyə ordusu İraqın 140 km içərisinə girərək terrorçuların bunkerlərinə zərbələr endirib

Türkiyə ordusu İraqın 140 km içərisinə girərək terrorçuların bunkerlərinə zərbələr endirib
# 29 sentyabr 2022 16:06 (UTC +04:00)

Terrorla mübarizəmiz tam qətiyyətlə davam edir və bu mübarizə sonuncu terrorçunun zərərsizləşdirilməsinə qədər davam edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Şırnaka səfəri çərçivəsində çıxışı zamanı deyib.

O terror təşkilatı PKK “heç bir zaman kürd qardaşlarımızın təmsilçisi olmayıb, olmayacaq da”, - deyə qeyd edib.

Nazir Türkiyə Silahlı Qüvvələrinin sentyabrın 27-də İraqın şimalından 140 kilometr içəri girərək, Asosda terrorçuların 16 mağarasına, bunkerlərinə və komanda məntəqələrinə zərbələr endirdiyini deyib.

Akar əlavə edib ki, Türkiyə Suriya və İraq başda olmaqla, bütün qonşularının ərazi bütövlüyünə hörmət edir: “Durmaq yoxdur, terrorçular harada, bizim də hədəfimiz ora. Bizim torpaq əldə etmək, işğal kimi niyyətimiz əsla ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR