Türkiyə Ordusu İraqın şimalında 10 terrorçunu zərərsizləşdirib - VİDEO

Türkiyə Müdafiə Nazirliyi

© APA | Türkiyə Müdafiə Nazirliyi

# 15 may 2022 17:18 (UTC +04:00)

Türkiyə İraqın şimalında “Rəncə-Kilid” antiterror əməliyyatını davam etdirir.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün aparılan əməliyyatlar zamanı daha 10 PKK terrorçusu zərərsizləşdirilib. Bununla da “Rəncə-Kilid” antiterror əməliyyatı çərçivəsində indiyə qədər zərərsizləşdirilən terrorçuların sayı 95-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR