Türkiyə Ordusu son 7 ildə 36 mindən çox terrorçunu zərərsizləşdirib

Hulusi Akar

© APA | Hulusi Akar

# 26 sentyabr 2022 17:09 (UTC +04:00)

Türkiyənin Suriya və İraqda yeganə hədəfi terrorçulardır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, İraq və Suriya başda olmaqla, Türkiyə bütün qonşu ölkələrin sərhədlərinə və suverenliyinə hörmət edir.

“Bizim yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən terrorla mübarizəmizi qətiyyətlə davam etdiririk. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Terrorla mübarizədə 24 iyul 2015-ci il tarixindən indiyədək 36 143 terrorçu zərərsizləşdirilib. Bu ilin yanvar ayından indiyədək olan məlumata görə, Suriya və İraqın şimalında 2 874 terrorçu zərərsizləşdirilib”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR