Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb

Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb
  • Clock-gray 17:16
  • calendar-gray 09 Oktyabr 2019

Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib ki, Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayının şərqində hərbi əməliyyatlara başlayıb.

“Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb. Məqsədimiz cənub sərhədlərimizdəki terror dəhlizini məhv etmək və regiona sülh gətirməkdir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra isə ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date