Türkiyə PKK ilə mübarizədə İraqdan vacib addımlar gözləyir

Türkiyə PKK ilə mübarizədə İraqdan vacib addımlar gözləyir
# 08 avqust 2022 12:23 (UTC +04:00)

Türkiyə İraqdan PKK-ya qarşı mübarizədə vacib addımlar atmağını gözləyir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, İraq hakimiyyəti PKK ilə mübarizə aparmadığı təqdirdə, bunu beynəlxalq hüquq çərçivəsində Türkiyə edəcək. Çavuşoğlu PKK terror təşkilatının İraqın ərazi bütövlüyünə təhdid olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR