Türkiyə Prezidenti: “Azərbaycanla əməkdaşlığımızı hər sahədə zirvəyə qaldıracağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev

# 29 may 2022 15:29 (UTC +04:00)

“Qardaşım Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iki ölkənin dostluğunu və əməkdaşlığını hər sahədə zirvəyə qaldıracağıq”.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Bakıda keçirilən “Texnofest Azərbaycan” texnoloji festivalında iştirakından danışan Türkiyə Prezidenti Prezident İlham Əliyevin şəxsində onları məhəbbətlə qarşılayan Azərbaycan xalqına təşəkkür edib: “Azərbaycan Prezidenti ilə görüşümüzdə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ Zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik. Heyətimizdəki nazirlər də azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişafı ilə bağlı faydalı görüşlər keçiriblər. Qarabağın nəqliyyat infrastrukturunun qurulması, yaşayış məntəqələrinin salınması və istehsalın bərpası da daxil olmaqla, dəstəklərimizi davam etdirəcəyik. Kənd təsərrüfatı ərazilərinin becərilməsi ilə bağlı müvafiq qurumlarımızla, şirkətlərimizlə birlikdə azərbaycanlı qardaşlarımızla ortaq fəaliyyət göstərəcəyik. Beləliklə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata torpaqlarına tezliklə qovuşmasına dəstək verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR