Türkiyə Prezidenti Venesuelaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 08 iyun 2022 20:06 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında Venesuelaya səfər edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə lideri Anakarada venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, həm Nikolas Maduronun Türkiyəyə səfəri həm də onun Venesuelaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına zəmin yaradaraq yeni fürsətlər açacaq.

Bundan əlavə, Ərdoğan iki ölkənin ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətində olduqlarını da qeyd edib.

Türkiyə Prezidenti həmçinin Venesuelaya qarşı tətbiq olunan birtərəfli sanksiyaları da pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR