Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb

Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb
# 03 iyul 2022 09:15 (UTC +04:00)

Türkiyə quruda mobil raket sistemindən atılan ATMACA idarə olunan raketi ilə Qara dənizdə müəyyənləşdirilmiş hədəfi vurub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

ATMACA idarə olunan raketi ilk dəfə qurudan idarə olunan raket sistemindən dənizdəki hədəfi məhv etmək üçün buraxılıb.

Türkiyənin gəmi əleyhinə ilk raketi olan ATMACA uzaq məsafədə hədəfi dəqiqliklə vurub.

“Roketsan” şirkətinin istehsalı olan ATMACA 200 km məsafədə hədəfi məhv etməyə qadirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR