Türkiyə Reuters agentliyini saxta xəbərlər yaymaqda ittiham edib

Türkiyə Reuters agentliyini saxta xəbərlər yaymaqda ittiham edib
# 01 sentyabr 2022 00:14 (UTC +04:00)

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun Reuters agentliyini saxta xəbərlər yaymaqda ittiham edib.

APA-nın məlumatına görə, bu barədə o, “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Reuters ilk dəfə deyil yalan və saxta xəbərlər dərc edir.

“Biz başa düşürük ki, Avropadakı iqtisadi böhran Böyük Britaniya ilə birlikdə sizin təşkilatınıza da ziyan vurur. Beləliklə, əvvəllər dəfələrlə etdiyiniz kimi, əsassız xurafatla dolu xəyali və uydurma ssenarilər ortaya qoyursunuz. Biz sizə bir daha xatırladırıq ki, şəraitdən asılı olmayaraq bu, jurnalistikanın yolu deyil və biz sizi faktlara istinadə etməyə dəvət edirik”, - deyə Ərdoğan administrasiyasının rəsmisi əlavə edib.

Çərşənbə günü Reuters agentliyi türk mediasının, o cümlədən Altunun özü və agentliyinin Türkiyə hakimiyyəti tərəfindən senzuraya məruz qaldığını iddia edən məqalə dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR