Türkiyə, Rusiya və Suriya XİN başçılarının görüşü keçiriləcək

Türkiyə, Rusiya və Suriya XİN başçılarının görüşü keçiriləcək
# 31 dekabr 2022 18:04 (UTC +04:00)

Türkiyə xarici Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Mövlud Çavuşoğlu telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi barədə müzakirə aparıldığını söyləyib.

Türkiyə xarici işlər naziri görüşün yanvarın ikinci yarısında keçirilməsi üçün hazırlıqlara başlamağı təklif etdiyini və bununla bağlı hazırlıqlara başlanacağını nəzərə çatdırıb.

Mövlud Çavuşoğlu görüşün Moskvada, yaxud üçüncü bir ölkədə keçirilə biləcəyini də qeyd edib.

Qeyd edək ki, bundan öncə Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri arasında görüş keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR