Türkiyə səfirliyi qəzada həyatını itirən azərbaycanlılarla bağlı başsağlığı verib

Türkiyə səfirliyi qəzada həyatını itirən azərbaycanlılarla bağlı başsağlığı verib
# 19 dekabr 2021 13:08 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyi Qarsın Sarıqamış qəsəbəsində avtobus qəzasında 2 Azərbaycan vətəndaşının həyatını itirməsi ilə ilə bağlı başsağlığı verib.
APA-nın məlumatına görə, bu barədə səfirlik “Tvitter”də paylaşım edib.
Paylaşımda qeyd olunub ki, qəzada 2-i Azərbaycan vətəndaşı olmaqla, 4 nəfər həyatını itirib: “Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralılara şəfa diləyirik”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR