Türkiyə Səhiyyə Nazirliyi “TurkoVac”ın təcili istifadəsinə icazə verib - VİDEO

Türkiyə Səhiyyə Nazirliyi “TurkoVac”ın təcili istifadəsinə icazə verib - VİDEO
# 22 dekabr 2021 15:35 (UTC +04:00)

Türkiyədə COVID-19-a qarşı hazırlanmış “TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan yeni peyvəndin Şanlıurfa və İstanbul şəhərlərində yerləşən mərkəzlərdə istehsal olunacağını qeyd edib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə-10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR