Türkiyə Suriyada terrorçulara qarşı yeni əməliyyatlar keçirəcək - YENİLƏNİB

Türkiyə Suriyada terrorçulara qarşı yeni əməliyyatlar keçirəcək  - YENİLƏNİB
# 26 may 2022 21:02 (UTC +04:00)

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasda Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsinə qərar verilib.

“Terror təşkilatlarını hədəf alan əməliyyatlar qonşularımızın ərazi bütövlüyünə qarşı deyil. Atılan və həyata keçiriləcək tədbirlər qonşularımızın təhlükəsizliyinə də ciddi töhfə verəcək",- deyə iclasın nəticələrinə dair bəyanatda deyilir.

Bundan əlavə, terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələrə bu addımlara son qoymağa və Türkiyənin təhlükəsizlik həssaslığının nəzərə alınması çağırışı edilib.

Beynəlxalq ittifaqlarda müttəfiqlik ruhunu və qanunlarını hər zaman yerinə yetirən Türkiyənin müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözlədiyi vurğulanıb.

***

Saat 17:29

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

TŞ-nin İclasında Suriyada baş verən son hadisələr müzakirə edilərək, terrorçulara qarşı hərbi əməliyyatın başladılması ilə bağlı qərar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR