Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir

Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir
# 15 yanvar 2023 22:37 (UTC +04:00)

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.

Lubinets qeyd edib ki, bu, tərəflər arasında müzakirə olunur.

Yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova Lubinets ilə və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR