Türkiyə və ABŞ müdafiə nazirləri regiondakı təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə və ABŞ müdafiə nazirləri regiondakı təhlükəsizlik məsələlərini müzakirə ediblər
# 01 dekabr 2022 00:32 (UTC +04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ceyms Ostin ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə məsələləri müzakirə edilib.

Bundan əlavə, iki ölkənin vacib müttəfiq olduğunu xatırladan nazir Akar, antiterror əməliyyatlarının Türkiyənin özünümüdafiə hüququ çərçivəsində aparıldığını bildirib.
Hulusi Akar hədəfin yalnız terrorçular olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR