Türkiyə və Ermənistan normallaşma prosesi çərçivəsində ticarəti bərpa edə bilər

Türkiyə və Ermənistan normallaşma prosesi çərçivəsində ticarəti bərpa edə bilər
# 14 yanvar 2023 04:15 (UTC +04:00)

Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması prosesi çərçivəsində iki ölkə arasında ticarətin bərpası məsələlərini müzakirə edə bilər.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Ticarətin bərpası məsələsinə Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilə danışıqların beşincisi raunduda baxa bilərlər.

Agentlik qeyd edir ki, məsələ müsbət həll olunarsa, iki ölkə arasında vaxtilə təxminən 160 min ton olan yükdaşımalarının həcmi dəfələrlə arta bilər.

Yaxın vaxtlarda üçüncü ölkə vətəndaşlarının Türkiyə və Ermənistan sərhədindən keçməsinə qoyulan qadağanın aradan qaldırıla biləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR