Türkiyə və İsrail prezidentləri telefonla danışıblar

Türkiyə və İsrail prezidentləri telefonla danışıblar
# 19 iyun 2022 19:31 (UTC +04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Prezidentlər görüş zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər terrorla mübarizə və təhlükəsizlik mövzusunda dialoqun davam etdirilməsi, sülh və sabitlik üçün əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

İsrail Prezidenti Türkiyənin terrorla mübarizə səylərinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR