Türkiyə xəstəxanalarında TURKOVAC-ın kütləvi istifadəsinə başlanılıb

TURKOVAC

© APA | TURKOVAC

# 30 dekabr 2021 15:42 (UTC +04:00)

Təcili istifadəsinə icazə verilən yerli koronavirus (Covid-19) əleyhinə TURKOVAC peyvəndin Türkiyədəki şəhər xəstəxanalarında kütləvi tətbiqinə başlanılıb.

APA-nın yerli müxbirinin verdiyi xəbərə görə, Ankara Şəhər Xəstəxanasında səhər saatlarından başlayaraq vətəndaşlara TURKOVAC vaksini vurulmağa başlayıb.

Ankara Şəhər Xəstəxanasının baş həkimi İhsan Ateş peyvənd vurdurmaq istəyən vətəndaşlarının sayının çox olduğunu və onların növbəyə yazıldıqlarını bildirib.

Ankara ilə yanaşı, İstanbul, Balıkesir, Adana, Yozgat, Bursa və Əskişehirdə də TURKOVAC-ın kütləvi tətbiqi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR