Türkiyə XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pisləyib

Türkiyə XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pisləyib
# 05 sentyabr 2022 19:46 (UTC +04:00)

Türkiyə Rusiyanın Kabil şəhərindəki səfirliyinə edilən terror hücumunu şiddətlə qınayıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Rusiya və əfqan xalqlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatı, habelə əfqan vətəndaşları həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR