Türkiyə YSK: Prezident seçkilərinin ikinci turunda seçki qutularının 75 faizi açılıb - YENİLƏNİB

Türkiyə YSK: Prezident seçkilərinin ikinci turunda seçki qutularının 75 faizi açılıb  - YENİLƏNİB
# 28 may 2023 20:11 (UTC +04:00)

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 75,42% açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 53,41%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46,59%-nin səsini qazanıb.

***

19.51

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 25 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, vətəndaşları nəticələrin rəsmi şəkildə açıqlanmasını gözləməyə çağıraraq, səslərin sayılmasında heç bir problemin olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR