Türkiyə YSK: Türkiyədə səsvermə prosesinə təsir edən hər hansı neqativ hal olmayıb

Türkiyə YSK: Türkiyədə səsvermə prosesinə təsir edən hər hansı neqativ hal olmayıb
# 28 may 2023 19:01 (UTC +04:00)

Prezident seçkilərinin ikinci turu başa çatıb, indiyə qədər Türkiyə Ali Seçki Komissiyasına səsvermə prosesinə təsir edən hər hansı neqativ halla bağlı məlumat daxil olmayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

Ahmet Yener deyib ki, Türkiyə Ali Seçki Komissiyasına daxil olan bütün etirazlar araşdırılıb, vilayət və rayonlarda müvafiq seçki qurumlarına göndərilib.

Ahmet Yener seçkilərin Türk xalqı və demokratiyası üçün xeyirli olmasını diləyərək, bütün siyasi partiyalar, müşahidəçilər, nazirliklər, vətəndaş cəmiyyəti və mediaya təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR