Türkiyədə 50 xəstəxana işçisi yeməkdən zəhərlənib

Türkiyədə 50 xəstəxana işçisi yeməkdən zəhərlənib
# 07 oktyabr 2022 21:00 (UTC +04:00)

Türkiyədə 50 nəfər xəstəxana işçisi zəhərlənib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Tokat Qaziosmanpaşa Universiteti Xəstəxanasında baş verib.

50 xəstəxana işçisi yeməkxanada naharda ət dönəri və düyü yeyib, ayran içib.

Az sonra ürəkbulanma və qusma yaşayan işçilər xəstəxananın təcili yardım şöbəsinə müraciət ediblər.

Sadə qida zəhərlənməsi şübhəsi ilə müalicə olunan işçilərin vəziyyətinin yaxşı olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR