Türkiyədə ağır yol qəzası olub, üç nəfər ölüb - FOTO

Türkiyədə ağır yol qəzası olub, üç nəfər ölüb - FOTO
# 12 iyun 2022 21:10 (UTC +04:00)

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Dənizli-Antalya magistralında baş verib.

Dənizli istiqamətində hərəkətdə olan yanacaqdaşıyan avtomobilin sürücüsü idarəetməni itirib.

Bu vaxt o, qarşı zolaqdan gələn 30 yaşılı Nurəddin Tuncerin idarə etdiyi avtomobillə toqquşub.

Hadisədən sonra yük avtomobili minik maşınını yol kənarındakı torpaq yığınına qədər sürüyərək dayanıb.

Qəzada minik avtomobilinin sürücüsü, atası və həyat yoldaşı dünyasını dəyişib. İki nəfərin isə ağır yaralandığı deyilir.

Hadisəyə səbəb olan yanacaqdaşıyan avtomobilin sürücüsü saxlanılıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR