Türkiyədə avtobus minik avtomobili ilə toqquşub, 2 nəfər ölüb

Türkiyədə avtobus minik avtomobili ilə toqquşub, 2 nəfər ölüb
# 09 iyun 2023 09:48 (UTC +04:00)

Türkiyədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

APA-nın "Anadolu"ya istinadən xəbərinə görə, hadisə Zonquldağın Çaycuma adlanan qəsəbəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR