Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 32 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə qəzaya uğrayan sərnişin avtobusu

© APA | Türkiyədə qəzaya uğrayan sərnişin avtobusu

# 06 noyabr 2022 21:23 (UTC +04:00)

Türkiyədə avtobusun iştirakı ilə baş verən qəzada yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında məlumat verib

Hadisə nəticəsində 3 nəfər ölüb, 32 nəfər yaralanıb.

İstanbul istiqamətinə hərəkət edən avtobusda 37 sərnişin olub.

***

Saat 18:04

Türkiyədə avtobus qəzaya uğrayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, qəza Anadolu magistralının Boludan keçən hissəsində baş verib.

İstanbul istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 16 yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR