Türkiyədə bu gün koronavirusdan 192 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 192 nəfər ölüb
# 02 dekabr 2021 22:10 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində yazıb ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 354 385 nəfər test edilib, onların 21 747-nin koronavirus testi pozitiv nəticə verib, 22 284 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 640 853 peyvənd tətbiq edilib ki, bunun 90,72 faizi birinci, 81,44 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR