Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub
# 12 iyun 2022 22:53 (UTC +04:00)

Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 21:35-də baş verən yeraltı təkanın ocağı yerin 18.89 kilometr dərinliyində olub.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR