Türkiyədə helikopter sərt eniş edib, bir nəfər itkin düşüb

Türkiyədə helikopter sərt eniş edib, bir nəfər itkin düşüb
# 05 sentyabr 2022 05:38 (UTC +04:00)

Türkiyədə Pəncə-Kilit Əməliyyatı bölgəsində helikopter sərt eniş edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün saat 23:45 radələrində “Skorsky” helikopterin sərt enişi zamanı qəza yaşanıb.

Helikopterdə olan 8 personaldan 7-si xilas edilib.

Bölgədə itkin düşən bir nəfərin axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR