Türkiyədə mikroavtobusa aşıb, 10 nəfər xəsarət alıb

Türkiyədə mikroavtobusa aşıb, 10 nəfər xəsarət alıb
# 04 yanvar 2023 04:42 (UTC +04:00)

Türkiyənin Konya şəhərində yol qəzası baş verib.

APA yerli mediaya istinadən xəbər verir ki, Yeni İstanbul prospektində baş verən hadisədə avtomobil mikroavtobusa çırpılıb.

Zərbənin təsirindən mikroavtobus aşıb.

Hadisə nəticəsində 2-si ağır olmaqla 10 nəfər yaralanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR