Türkiyədə minik və yük avtomobilləri toqquşub, 5 nəfər ölüb

Türkiyədə minik və yük avtomobilləri toqquşub, 5 nəfər ölüb
# 05 fevral 2023 00:45 (UTC +04:00)

Türkiyədə ağır yol qəzası olub.

APA yerli mediaya istinadən xəbər verir ki, hadisə Çanaxqala-Bursa yolunda qeydə alınıb.

Minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

Ölənlər arasında 5 yaşlı uşaq da var.

Hadisə yerinə çox sayda polis və həkim briqadaları cəlb edilib.

Qəzada ölənlərin hamısı minik avtomobilində olanlardır.

Yük avtomobilinin sürücüsü isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR