Türkiyədə minimum pensiyanın məbləği artırılacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.
O, minimal pensiyanın yeni qərara əsasən 7500 türk lirəsi (669 manatı) olacağını qeyd edib.
Hazırda Türkiyədə minimum pensiya məbləği 5500 lirədir (490 manat).