Türkiyədə ölkədaxili aviareyslərdə koronavirus testinə dair tələb yenidən dəyişib

Türkiyədə ölkədaxili aviareyslərdə koronavirus testinə dair tələb yenidən dəyişib
# 16 yanvar 2022 17:11 (UTC +04:00)

Türkiyədə ölkədaxili təyyarə reyslərində vaksinasiya olunmayan və vaksinasiya prosesi tamamlanmayan sərnişinlərdən yeni növ koronavirusla (COVİD-19) bağlı PCR testi tələb olunacaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu, Türkiyə Daxili İşlər Nazirliyinin valilərə göndərdiyi yeni təlimatda əksini tapıb.

Qeyd edək ki, dünən Türkiyə Daxili İşlər Nazirliyinin valilərə göndərdiyi təlimatda daxili aviareyslərdə sərnişinlərdən RCR testinə dair tələbin ləğv olunduğu əksini tapmışdı. Bu gün göndərilən yeni təlimatda isə bildirilib ki, vaksinasiya olunmayanlar və tam vaksinasiya prosesi tamamlanmayanlardan PCR testi tələb olunacaq. Vaksinasiya olunmuş sərnişinlərdən isə PCR testi tələb olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR