Türkiyədə polisləri daşıyan avtobus aşıb, 11 nəfər yaralanıb

Türkiyədə polisləri daşıyan avtobus aşıb, 11 nəfər yaralanıb
# 25 noyabr 2022 02:47 (UTC +04:00)

Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalının Dar Köprü bölgəsində avtobus aşıb.

APA yerli mediaya istinadən xəbər verir ki, aralarında məhəllə bazarının mühafizəçilərinin və polisin də olduğu 11 təhlükəsizlik işçisi avtobusla şəhər mərkəzinə gedib.

Burada mərasimə qatılan 11 mühafizəçi rayona qayıtmaq üçün nömrəsi və sürücüsünün adı öyrənilə bilməyən avtobusa minərək yola düşüb.

Sürücünün idarəetməsindən çıxan avtobus aşıb.

Hadisə yerinə çox sayda həkim, xilasetmə və polis qruplarıcəlb edilib.

Qəzada yaralanan 11 nəfər xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR