Türkiyədə prezident seçkilərində seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan öndədir - YENİLƏNİB-5

Türkiyədə prezident seçkilərində seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan öndədir - YENİLƏNİB-5
# 28 may 2023 22:49 (UTC +04:00)

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Anadolu agentliyi bildirib.

Qeyd edilib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

***

20.11

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.07%-nin (21,389,515) səsini qazanıb.

***

20.00

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.

***

saat 19.43

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 71.45 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54.37%-nin(19,668,674), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45.63%-nin (16,504,180) səsini qazanıb.

***

saat19.37

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 66,7 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54,78%-nin (18,335,319), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45,22%-nin (15,133,628) səsini qazanıb.

***

saat 19.29

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 55,1 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 55.80%-nin(15,034,921), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 44.20%-nin (11,910,058) səsini qazanıb.

***

saat 19.18

Türkiyədə prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Qeyd olunub ki, seçki qutularının 42.78%-i açılıb. ilkin nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 57, 09% (11.499.994), “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 42,91%-nin (8.642.542 ) səsini qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR