Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - FOTO - YENİLƏNİB

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - FOTO  - YENİLƏNİB
# 28 may 2023 18:01 (UTC +04:00)

Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb.

APA-nın xəbərinə görə, prezident seçkilərinin ikinci turunda Cümhur İttifaqının namizədi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır.

***

saat 09.00

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, 60 milyon 697 min 845 seçici 191 min 910 seçki məntəqəsində səs verəcək.

Səsvermə prosesi yerli vaxtla 17:00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR