Türkiyədə qəza nəticəsində bir ailənin 4 üzvü ölüb

Türkiyədə qəza nəticəsində bir ailənin 4 üzvü ölüb
# 24 aprel 2022 00:55 (UTC +04:00)

Türkiyədə avtomobil su kanalına düşüb.

APA NTV-ə istinadən xəbər verir ki, hadisə Kilisin Elbəyli rayonunda baş verib.

Nəticədə 4 nəfər ölüb, batmaq təhlükəsi ilə üzləşən 3 nəfər isə xəstəxanaya aparılıb.

Qəzada ölən şəxslər sürücü - 51 yaşlı Tuncay Güngör, onun həyat yoldaşı 43 yaşlı Hedik Güngör, qızları 20 yaşlı Dilan Güngör və 9 yaşlı Nur Güngördür.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR