Türkiyədə sel magistral yolda 15 kilometrlik tıxaca səbəb olub - FOTO

Türkiyədə sel magistral yolda 15 kilometrlik tıxaca səbəb olub - FOTO
# 19 iyun 2022 06:27 (UTC +04:00)

Türkiyədə İscehisar magistral yolu sel səbəbi ilə avtomobillərin hərəkəti üçün bağlanıb.
APA TRT Haber-ə istinadən xəbər verir ki, yolun bağlanmasından sonra 15 kilometrlik uzun növbə yaranıb.
Yol xidmətinin işçiləri magistralda yığılan suyu çəkməyə çalışır.
Magistral yolun açılması istiqamətində iş gedir.
Yüzlərlə şəxs avtomobillərdə qalıb.
Polis qrupları təhlükəsizlik tədbirlərini gücləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR