Türkiyədə sərnişin avtobusu aşıb, 39 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu aşıb, 39 nəfər xəsarət alıb
# 29 noyabr 2022 09:36 (UTC +04:00)

Türkiyədə sərnişin avtobusu aşıb.

APA-nın "CNNtürk"ə istinadən xəbərinə görə, hadisə Bartın vilayətində qeydə alınıb.

Bartın-Zonquldağ magistralında hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə jandarma, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Qəza nəticəsində avtobusda olan 39 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR