Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb
# 27 yanvar 2022 21:10 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 174 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 424 min 164 nəfərin test edildiyi, 82 min 180 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 83 min 225 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR