Türkiyədə son sutkada koronavirusdan 177 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada koronavirusdan 177 nəfər dünyasını dəyişib
# 15 yanvar 2022 22:08 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 177 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 384 min 263 nəfərin test edildiyi, 63 min 967 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 52 min 016 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR