Türkiyədə tələbələrin olduğu avtobus qəza edib, üç nəfər ölüb - FOTO - YENİLƏNİB

Türkiyədə tələbələrin olduğu avtobus qəza edib, üç nəfər ölüb  - FOTO  - YENİLƏNİB
# 22 may 2022 10:40 (UTC +04:00)

Türkiyədə qəza zamanı xəsarət alan daha bir nəfər həyatını itirib.

APA Anadolu agentliyinə istinadən bildirir ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğradıqdan sonra Niğde Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan 1 nəfəri müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

Bölgədəki müxtəlif xəstəxanalarda 41 yaralının müalicəsi davam edir.

***

08:20

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb.

APA “Ensonhaber” saytına istinadən xəbər verir ki, hadisə Konyanın Güney kəndi yaxınlığında baş verib.

Avtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

İHA-nın xəbərinə görə, yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR