Türkiyədə təyyarə qəzasında iki nəfər ölüb - YENİLƏNİB - VİDEO

Türkiyədə təyyarə qəzasında iki nəfər ölüb - YENİLƏNİB  - VİDEO
# 25 aprel 2022 17:10 (UTC +04:00)

Türkiyənin Bursa şəhərində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

APA xəbər verir ki, Bursa valisi Yaqub Canpolat təyyarə qəzasında pilotun və pilot təlimi alan şəxsin öldüyünü açıqlayıb.

O, iki evə və iki avtomobilə ziyan dəydiyini, yaralananların olmadığını bildirib.

Vali qəzanın texniki səbəblərdən baş verdiyini ehtimal etdiklərini də əlavə edib.

***

16.36

Türkiyənin Bursa şəhərinin Yunuseli aeroportu yaxınlığında tək mühərrikli təyyarə qəzaya uğrayıb.

APA NTV-yə istinadən xəbər verir ki, evlərin arasında küçəyə çırpılan təyyarə yanmağa başlayıb.

Təyyarədə iki nəfərin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR