Türkiyədə tikilməkdə olan evin divarı uçub, iki uşaq ölüb

Türkiyədə tikilməkdə olan evin divarı uçub, iki uşaq ölüb
# 03 iyun 2022 06:10 (UTC +04:00)

Türkiyənin Qaziantep şəhərində tikilməkdə olan evin divarının uçması nəticəsində iki uşaq ölüb.

APA NTV-ə istinadən xəbər verir ki, hadisə güclü fırtına səbəbindən baş verib.

Hadisə nəticəsində 3 azyaşlı uşaq ağır yaralanıb.

Faktla bağlı araşdırma başladılıb.

Qaziantep valisi Davud Gül, sosial media hesabında şiddətli fırtınanın davam etdiyini və lazım olmadıqca vətəndaşların çölə çıxmamasını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR